Azərbaycan alman fermerlərindən 7160 baş iri buynuzlu cins damazlıq heyvan alacaq. SİA-nın məlumatına görə, bu haqda Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bu məqsədlə Almaniyanın Bremen, Aşağı Saksoniya və Saksoniya əyalətlərinin heyvandarlıq təsərrüfatları ilə müqavilə imzalanıb. Heyvanların cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi prosesində Nazirliyin bir qrup mütəxəssisi və sifarişçi sahiblarda iştirak edib. Hazırda 948 baş Holşteyn-friz cinsli damazlıq heyvan seçilərək karantinə qoyulub, onlardan 264 başı ölkəyə idxal olunub, növbəti 264 baş isə gətiriləcək. Həmin heyvanların bu həftənin sonuna qədər Azərbaycana çatacağı və sahibkarlara təhvil veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB