ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu, Nanotexnologiyalar Departamentinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin İqtisadiyyat, energetika, tikinti və nəqliyyat Nazirliyinin dəvəti ilə Dortmund şəhərində keçirilən "6-cı Beynəlxalq Konfrans və Sərgi"də iştirak edib.
SİA-nın məlumatına görə, Almaniyanın nanotexnologiya üzrə 60-dan çox nüfuzlu mərkəz və təşkilatlarının iştirak etdiyi sərgidə ARDNŞ-yə xüsusi guşə ayrılıb. Şimali Reyn Vestfaliya vilayətinin İnnovasiya, Elm və Tədqiqat naziri xanım Svenya Şultse və digər nüfuzlu iştirakçılar ARDNŞ-nin stendi ilə yaxından tanış olub, Azərbaycan nanotexnologiyasının ən son nəticələrinin tədqiqi, tətbiqi və alınmış effektlər barədə nümayəndə heyəti tərəfindən məlumatlandırılıblar. Səfər zamanı Aaxen Universiteti ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında nanotexnologiyaların perspektiv işlənməsi və gələcək əməkdaşlıq barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB