Odessada “SOCAR” YDM-i istifadəyə verilib

Odessada “SOCAR” YDM-i istifadəyə verilib

Odessada "SOCAR" brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu, sayca Odessada 11-ci, bütün Ukrayna üzrə isə 43-cü "SOCAR" yanacaqdoldurma kompleksidir.

Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni zamanda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir. YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunub, Avro-5 standartlarına uyğun A-92, A-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı reallaşdırılır. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, parkinq, mobil telefonların enerji təchizatı kimi xidmətlər pulsuzdur. Kompleks ərazisində fəaliyyət göstərən "Buta kafe"də müştərilərə Azərbaycan mətbəxinin nemətləri təklif olunur. Ödəmələr nağd, bank və yanacaq kartları, habelə Level bonus kartları ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə