İş adamları Bakıya gəlir

Gələn həftə Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, dekabrın 15-də Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər edəcək.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkətinin iştirakı nəzərdə tutulur.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə