2014-cü il dekabrın 25-də "Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında Milad gecəsi keçiriləcək. Restoranın rahat nəfis mühiti, milad yolkası, şamlar, canlı romantik musiqi Yeni ilin təkrarsız, səmimi qarşılanması atmosferini yaradacaq.
SİA-ya verilən məlumata görə, bir nəfər üçün biletin qiyməti 49 manatdır, bura şam yeməyi, şampan və məhdudiyyətsiz yerli şərablar daxildir.
Biletləri əldə etmək və yer sifariş etmək üçün "Excelsior Hotel Baku" otelinə (012) 496 80 00 nömrəli telefona zəng vura bilərsiniz.
Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 "İmperial" – lüks, "Royal"- lüks, 4 "Crown"-lüks, 45 "Heritage"- delüks, 9 "Düke" standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB