“AtaBank” Beynəlxalq əmanət günü çərçivəsində tədbirlər keçirib

“AtaBank” Beynəlxalq əmanət günü çərçivəsində tədbirlər keçirib

"AtaBank" ASC Beynəlxalq Əmanət günü çərçivəsində tədbirlər keçirib. "Maliyə savadlılığı" aylığı çərçivəsində "AtaBank" ASC əməkdaşları tərəfindən Bakı və bölgələrdə yerləşən filiallarda tədbirlər təşkil edilib. SİA-nın məlumatına görə, bu tədbirlər zamanı müştərilərə əmanət qoyuluşunun faydaları izah edilib, hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində keçirilib. Hazırda bu tədbir bütün qabaqcıl ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilir.

2007-ci ildən "AtaBank" Əmanətlərin Sığortalanması Fondun üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə