Bu gün BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub. SİA-nın məlumatına görə, məktəbin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirib.
Tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici nef-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti BANM-in tələbələri üçün "20 illik uğurlu neft yolu" mövzusunda təqdimatla çıxış edib. Sonra o, tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə qonağa təşəkkür edib.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB