Vüqar Bayramov: “Türkiyə üçün Azərbaycan qazı önəmlidir” AÇIQLAMA

Vüqar Bayramov: “Türkiyə üçün Azərbaycan qazı önəmlidir” AÇIQLAMA

""Cənub axını"nın birinci mərhələdə Türkiyədən keçəcəyi proqnozlaşdırılırdı. İndi Rusiya bu layihədən imtina etdi, əvəzində isə Türkiyə ilə eyni gücdə yeni qaz kəməri çəkməyi planlaşdırır. Yeni kəmərin start nöqtəsi "Cənub axını"nın Qara dəniz sahilindəki başlanğıc nöqtəsi olacaq və kəmər Qara dənizin dibindən keçib Türkiyəyə uzanan "Mavi axın"a paralel çəkiləcək". Bunu SİA-ya açıqlamsında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyənin birgə həyata keçirəcəyi layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə heç bir mənfi təsir göstərməyəcək: "Rusiyanın bu məsələdə əsas məqsədi ona qarşı tətbiq olunun sanksiyalara qarşı öz tərəfdaşlarının sayını artırmaqdır. Bu tərəfdaşlar arasında strateji mövqeyə malik olan Türkiyə də ola bilər. Onlar arasındakı qaz əməkdaşlığı Azərbaycanla Türkiyə münasibətlərinə təsir etməyəcək. Azərbaycanla Türkiyə arsaında reallaşan TANAP layihəsi də planlaşdırıldığı kimi davam edəcək. Çünki TANAP layihəsinin əsas məqsədi Türkiyəni mavi qazla təmin etməkdir. Türkiyə də idxalın diversifikasiya olunmasına çalışır. Həm Rusiyada, həm də Azərbaycandan mavi qaz almaq niyətindədir. Beləliklə, Türkiyə daha ucuz qaz almaq imkanına malik olur. Türkiyə üçün Azərbaycan qazı önəmlidir. Buna görə də bu layihə Türkiyə ilə Azərbaycanın neft-qaz əməkdaşlığına hər hansı mənfi təsir göstərməyəcək. Rusiya və Türkiyənin anlaşması isə Türkiyənin öz qaz idxalını diversifikasiya etrmək, Rusiya üçünsə yeni tərəfdaşlar qazanmaq və onlar vasitəsilə mavi yanacağı yeni bazarlara çıxarmaqdan ibarətdir. Yeni qaz kəməri ilə Rusiya Türkiyəyə daha ucuz qiymətə mavi yanacaq satacaq. Rusiyanın Türkiyəyə daha məqbul şərtlərlə qaz təklif etməsi də Azərbaycan-Türkiyə strateji əməkdaşlıq tandeminin nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə