Əli Əlirzayev: "“Novorossiysk” ilə neftin ixracına müəyyən təminat lazımdır” Açıqlama

Əli Əlirzayev: "“Novorossiysk” ilə neftin ixracına müəyyən təminat lazımdır” Açıqlama

"İlin axırına qədər Azərbaycanın neft istehsalı daha əvvəlki kimi artmayacaq. Neftin ixracı ilə bağlı alternativ yollar seçilə bilər. Təbii ki, neft Azərbaycanın öz məhsuludur. Əgər bu vəya digər hər hansı bir variant daha səmərəli olarsa, dövlət bu yola üstünlük verəcək". Bu sözləri SİA-ya Azərbaycanın "Novorossiysk" limanı ilə neft ixracını 40 faiz azaltması ilə bağlı açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil şəkildə təhlükəsiz yolla öz enerjisini ixrac edə bilər: "Bu ölkənin hüququdur, burada heç bir başqa fikir ola bilməz. Əsas odur ki, neft hansı yolla çatmağından asılı olmayaraq son nöqtəsinə çatsın. "Novorossiysk" ilə neftin ixracına müəyyən təminat lazımdır. Müasir dünyada gedən böhranlar, ayrı –ayrı hökümətlərdəki problemlər, məsələn Çeçenistanda gedən problemlərdir ki, müəyyən qədər risklidir. Bu riski azaltmaq üçün də, daha çox müharibə və terrorizmdən uzaq olan bölgələrə üstünlük vermək lazımdır. İndi neft daşınmasında əsas olan mühafizəkar siyasətdir. Təminat prinsipi var, bu yolla da neftin gedib çıxacağına təminat verilmir. Həm də Türkiyə ilə Avropaya çatdırılan neftimiz təhlükəsiz nəql edilir. Artıq bu yol sınanılıb və Türkiyə bizim daimi müştərimizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə