Rabitəçilər Fəxri Xiyabanda oldular FOTOLAR

Rabitəçilər Fəxri Xiyabanda oldular FOTOLAR

Bu gün Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin kollektivi peşə bayramı günü münasibətilə Fəxri Xiyabanda olublar. SİA-nın xəbərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edən rabitəçilər Ulu Öndərin məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə