Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 719 684 ton Azərbaycan nefti nəql olunub. SİA-nın məlumatına görə, bu haqda Azərbaycan Dövlət Neft Şirkəti xəbər yayıb. Məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Bu ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 045 242 ton neft ötürülüb ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 4,5% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabr ayının 1-ə qədər BTC-yə 261 186 835 ton neft vurulub. Bundan başqa, noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB