Sənaye məhsulları ucuzlaşıb

Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb.

SİA-nın xəbərinə görə, komitədən bildirilib ki, cari ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 9,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşıb.

Emal sənayesinə daxil olan kompüter, elektron və optik məhsulların istehsalı üzrə istehsalçı qiymətlərində 9,9 faiz ucuzlaşma qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə