Türkiyə və Azərbaycanın işadamları bir araya gəlib VİDEO

Türkiyə və Azərbaycanın işadamları bir araya gəlib VİDEO

Bu gün Bakıda Türkiyəyə sərmayə qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiya mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən işadamları, Azərbaycanın Türkiyədə biznes sektorunda çalışan sərmayədarları, Türkiyənin Azərbaycandakı səfirliyinin və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun tədbirin keçirilməsində əsas məqsədin azərbaycanlı işadamlarına Türkiyədəki əlverişli investisiyalar haqqında məlumat vermək olduğunu vurğulayıb. O, azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırmağa sövq etmək və onların həyata keçirəcəyi layihələrə dəstək vermək məqsədilə işlər gördüklərini ifadə edib. Daha sonra isə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək 2 mindən çox azərbaycanlı işadamının Türkiyəyə sərmayə qoyduğunu deyib. O, azərbaycan iş adamlarını Türkiyəyə daha çox sərmayə qoymağa çağırıb. Türkiyəli iş adamları üçün də Azərbaycan bazarının olduqca sərfəli bazar olduğunu qeyd edib.

Türkiyə İqtisadiyyat Nazirliyinin Xarici Ticarət üzrə məsləhətçi köməkçisi Fərdi Yayla "Türkiyədə Sərmayə Şəraiti, Təşviq sistemi və Sərmayə imkanları" mövzusunda təqdimatla çıxış edib. O, Türkiyənin artıq 2013-cü ildən başlayaraq ümumidaxili məhsulunun səviyyəsini 1 trilyon dollara yüksəltdiyini deyib. Bununla da, dünya ölkələri sıralamasında ümumidaxili məhsuldan əldə edilən gəlirə görə 16-cı yerə, xarici kapitalları alışına görə 6 –cı yerə, inşaat sektorunun inkişafındakı səviyyəsinə görə isə, 2 –ci yerə sahibləndiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə