Səfir: “Hədəfimiz üçüncü ölkələrə birlikdə sərmayə yatırmaqdır” Açıqlama

Səfir: “Hədəfimiz üçüncü ölkələrə birlikdə sərmayə yatırmaqdır” Açıqlama

"Türkiyə ilə Azərbaycan arasındakı qardaş və dostluq münasibətləri yüksək səviyyədədir. Buna hamı şahiddir ki, izah etməyə ehtiyac yoxdur. Ölkəmizdə bu gün bir çox sahədə maraqlı təşviqat mexanizmləri fəaliyyət göstərir". Bu sözləri bu gün Türkiyəyə sərmayə qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiya mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə keçirilən tədbirdə çıxış edən Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İsmayıl Coşkun Alper deyib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanlı işadamlarına Türkiyədəki əlverişli investisiyalar haqqında məlumat verməkdir: "Bizim bu tədbiri keçirməkdə məqsədimiz, azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırtmağa sövq etmək və onların həyata keçirəcəkləri layihələrə dəstək verməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı tövsiyyələri var. Keçmişdən gələn birgə taleyimizə sahib olmaq üçün ortaya qoyacağımız iradə ilə gələcəyimizi daha möhkəm bağlarla möhkəmləndirməyi hədəfləmişik. Ümid edirəm ki, Azərbaycana türkiyəli sərmayədarların cəlb edilməsi üçün eyni fəaliyyət sərgilənəcəkdir".

Səfir, hər iki ölkənin yalnız bir –birinə yatırımı ilə kifayət etmədiklərini də dilə gətirib: "Biz sadəcə azərbaycanlı iş adamlarının Türkiyədə, türk iş adamlarının isə Azərbaycanda sərmayə yatırmalarını hədəfləməmişik. Hədəfimiz üçüncü ölkələrə birlikdə sərmayə yatırılmasını cəlb etməkdir. Artıq Azərbaycan və Türkiyə iqtisadiyyatı eyni tempdə inkişaf etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə