BGF ilə “AtaHolding” arasında əməkdaşlıq protokolu imzalanıb

BGF ilə “AtaHolding” arasında əməkdaşlıq protokolu imzalanıb

Parisin qış sirkində Beynəlxalq Güləş Federasiyası ilə "AtaHolding" ASC arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolu Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç və "AtaHolding" ASC İdarə Heyətinin sədri Adıgözəl Ağayev imzaladılar. İmzalanma tədbiri Fransada Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşündən sonra keçirilib.

"AtaHolding" ASC "AtaSport" klubuna da himayəçilik edir. Bu klubda otüstü hokkey, Yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə bölmələr var. Klubun peşəkar idmançıları Olimpiya oyunlarında, Dünya və Avropa üzrə yarışlarda, nüfuzlu beynəlxalq turnirlərdə qalib gəlir və mükafatçılar sırasına düşürlər.

Qeyd edək ki, "AtaHolding" ASC yarandığı gündən etibarən ölkə idmanının inkişafına öz töhvəsini verməyə çalışır. "AtaHolding" ASC 2008-ci ildən Beynəlxalq Güləş Federasiyasının baş sponsorudur. Bu müddət ərzində Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən çoxlu sayda beynəlxalq yarışlar təşkil olunub ki, onlardan bir neçəsi də ölkəmizdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə