Məmməd Musayev: “Türkiyədən olan iş adamlarına Azərbaycanda yatırım etməyə köməklik edə bilərik” Açıqlama
Bu gün Bakıda Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən bu ölkəyə Azərbaycanlı işadamlarının yatırımları ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev 2 mindən çox azərbaycanlı işadamının Türkiyəyə sərmayə qoyduğunu ifadə edib. O, Türkiyənin Azərbaycana neft və qaz sahəsində göstərdiyi dəstəkdən danışıb: "Azərbaycan iş adamları Türkiyəyə daha çox yatırım yatırmalıdır. Türkiyəli iş adamları üçün də Azərbaycan bazarı olduqca sərfəli bazardır. Bununla bərabər, Türkiyə və Azərbaycan birgə digər ölkələrə, xüsusilə də türkdilli ölkələrə yatırım etməlidirlər".
M. Musayev digər türkdilli ölkələrə qoyulan sərmaye haqqında məlumat verib: "Biz də öz növbəmizdə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq istər Azərbaycandan, istərsə də Türkiyədən olan iş adamlarına Azərbaycanda yatırım etməyə köməklik edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB