Səudiyyə Ərəbistanı: Neftin qiyməti 60 dollarda sabitləşəcək

Səudiyyə Ərəbistanı: Neftin qiyməti 60 dollarda sabitləşəcək

OPEC-in aparıcı ixracatçısı olan Səudiyyə Ərəbistanı neftin qiymətinin 60 dollar səviyyəsində stabilləşəcəyinə ümid edir. Wall Street Journal qəzeti xəbər verir ki, bununla belə, Səudiyyə Ərəbistanının OPEC-də hasilat həcmini azaltmaq barədə çağırış etmək niyyətində deyil. Krallığın neft naziri Əli əl-Naiminin dediyinə görə, ölkəsi yalnız o halda kvotanın azaldılmasına razı ola bilər ki, OPEC-ə daxil olmayan Rusiya, Meksika və digər ölkələr də eyni addımı atsınlar.

O, Vyanada keçirilən görüş zamanı OPEC-in hasilatı sutkada 1,5 milyon barrel, Rusiya və Meksikanın isə ümumilikdə 500 min barrel azaldılması təklifinin səsləndirilməsinə baxmayaraq, tərəflərin bu barədə razılığa gələ bilmədiyini, nəticədə Səudiyyə Ərəbistanının da neft bazarındakı payını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə