Bakıda MDB ölkələrinin cari ilin yekun iclası keçirilir YENILƏNİB
Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-ci iclası kerilir. SİA-nın verdiyi xəbərə görə, iclasda iştirak edən dövlət nümayəndələri əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və xanımı Zərifə Əliyevanın məzarını ziyarət edib, önünə əklil qoyublar.
Daha sonra Şuranın 2014-cü il üçün nəzərdə tutulmuş sonuncu işlası keçirilib.
Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni Tvinning layihəsinə başlanıldığını və bu layihə çərçivəsində "Texniki tənzimlənmə haqqında" və "Standartlaşdırma haqqında" qanun layidələrin hazırlandığını bildirib.
Ramiz Həsənov qeyd edib ki, hazırda tikinti sahəsi və tikinti materialları, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standatlaşdırılması üzrə texniki komitələr formalaşdırılıb: "Komitədə qida məhsulları ilə bağlı beynəlxalq Kodeks Alimentarius standartları əsasında milli standartların hazırlanması prosesləri aparılır. Metrologiya sahəsində xüsusi diqqət etalon bazanın genişləndirilməsi və inkişafına yönəlib. Artıq gələn ildən ölkəmiz metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici metrologiya üzrə Beynəlxalq təşkilatda təmsil olunacaq"
Həmçinin sədr jurnalistlərə açıqlaması zamanı vurğulayıb ki, Azərbaycanın metrologiya və standartlaşdırma sahəsində görüdüyü işlər MDB ölkələri tərəfindən yüksək qiymətləririlib: "Bu gün ölkəmizdə bu sahədə aparılan işlər MDB ölkələri üçün bir nümunə modelidir. Ən müasir lobaratoryalar, etalaonlar və onların fəaliyyəti üçün binalar inşa olunub. Hələ MDB məkanında bu səviyyədə lobaratoriyalar yoxdur. 2015 Avropa oyunları ilə əlaqədar Olimpiya Komitəsi tərəfindən bizə müarciət olunub ki, yeyinti məhsullarının sınaqları bizim ərzaq sahəsi üçün nzərdə tutulmuş lobaratoriyalarımızda aparılsın".
Standatlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərararsı Şuranın məsul katibi Nikolay Soniç çıxışında clasın Bakıda keşirilməsinin Azərbaycanın əldə etdiyi iqtisadi güc və regionda sözsahibi olması ilə əlaqələndirib.
Daha sonra o iclasın gündəliyini elan edilib.
İclas Belorus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Özəbəkistan Respublikası Satandatraşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktorunun müavini Jamşid Mirsaidov, Qazaxıstan Respublikasının İnvestisiyalar inkişaf Nazirliyinin texniki Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjam Kaneşev, Ukrayna Respublikasının "Ukrmetrteststandart" Dövlət müəssisəsinin bölmə rəisi Vladimir Yeremenko və digərlərinin çıxışları ilə davam etdirilir.
İclasın sonunda Dövlətləarası Şuraya üzv ölkələrin rəhbər şəxsləri arasında iclasın yekun Protokolu imzalanacaq.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB