“Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusunda beynəlxaql elmi konfrans keçirilib

“Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusunda beynəlxaql elmi konfrans keçirilib

Bu gün "Azərikimya" İstehsalat Birliyinin, AMEA-nın Polimer Materialları İnstitutunun və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə "Sənaye ili" çərcivəsində "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi" mövzusunda VIII beynəlxalq elmi konfrans keçirilib.

SİA-nın xəbrinə görə, Sumqayit Dövlət Universitetində keçirilən konfransın plenar iclasında "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov məruzəylə çıxış ediblər. Məruzələrdə Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində son illər görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr və bu sahədə dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlardan geniş sohbət açılıb.

Konfransda müasir texnologiyalar əsasında yeni sənaye parklarının yaradılması, çirklənmiş torpaqların reablitasiyası, enerjidaşıyıcılardan qənaətlə istifadə olunması və alternativ enerji mənbələrinin yaradılması məsələləri müzakirə olunub.

Konfrans "Ekoloji problemlərin həllində yeni üsul və texnologiyalar", "Ətraf mühit, sağlamlıq ekoloji maarifləndirmə, sənaye tullantılarının zərəsizləşdirilməsi", "Ətraf mühitdə baş verən fiziki, kimyəvi, bioloji proseslər və onların canlı aləmə təsiri" və "Qloballaşma şəraitində fövqəladə halların ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi" mövzularının müzakirəsi ilə üç gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə