ARDNŞ 11389 metr qazma işi həyata keçirib

ARDNŞ 11389 metr qazma işi həyata keçirib

2014-cü ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11389 metr qazma işi həyata keçirib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 11032 metri istismara, 357 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 118840 metr qazma işi görülüb ki, bunun da 116656 metri istismara, 2184 metri isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə