Əli Əlirzayev: “Daxili sahələrə böyük investisiya yatırılır” Açıqlama
"2015-ci il üçün təstiq olunmuş dövlət büdcəsi sosialyönümlüdür. Əsasən səhiyyə, təhsil, mədəniyyət sahələrinə vəsaitin artırılması nəzərdə tutulub. Regionların sosial iqtisadi inkişafına və sahibkarlara imkanların yaradılmasına da böyük üstünlük verilib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.
O, 2015-ci il üçün dövlət büdcəsində hərbi ilə bağlı vəsaitə də toxunub: "Hərbi büdcəyə ayrılan vəsaitə gəldikdə isə, ölkəmiz muharibə şəraitində yaşayan bir dövlətdir. Hərbinin özündə də inkişafı nəzərdə tutulan sahələr var. Bunlardan biri hərbi sənayenin inkişaf etdirilməsidir. Digər sahə, hərbi qulluqçuların həyat şəraiti və sosial məsələsidir. Hərbidə olan təminat məsələsi, əsgərlərin yaşayışı və qulluğu üçün lazım olan ərzaq və qeyri-ərzaq məhsulları üçün vəsait lazımdır. Ümumiyyətlə artıq Azərbaycan özü hərbidə özünə lazım olan məhsulları təmin etməlidir. Buna baxmayaraq, hər şeyi də hərbiyə yönləndirmək olmaz".
Ekspert büdcədə nəzərdə tutulan əsas sahələri sadalayaraq, bu sahələrdə görüləcək işlərdən danışıb: "Büdcədə qeyd etdiyim kimi, ən çox yer verilən sahə müdafiə və müdafiə sənayesidir. 2-ci yerdə təhsildir. 3-cü əsas yeri isə, səhiyyə və sağlamlıqla bağlı olan sahədir. Ümumilikdə daxili sahələrə böyük investisiya yatırılır. Ümumi iqtisadi artımımız əlbəttə ki, bir neçə il bundan öncəki illərlə eyni səviyyədə deyil. Bu artımlar çərçivəsində sosial investisiyanın strukturunun dəyişdirilməsi vəzifəsi ortaya çıxıb. İnvestisiyalar o sahələrə ayrılıb ki, o sahələrdə yeni iş yerləri açılsın, əhalinin məşğulluğu təmin edilsin və regionun potensialı yüksək tutulsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB