Bakıda II Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb FOTOLAR
Bu gün Bakıda BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma" mövzusunda II Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə katibliyi, BMTIB-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan İnternet Forumu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə dəstəyi ilə keçirilir.
Forumun keçirilməsində əsas məqsəd daha da səmərəli ve effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycan regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlığı həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, yeni layihələri nümayiş etdirməkdir.
Forumun sponsorları SİNAM, Neuron Technologies ve April UV şirkətləridir.
Qeyd edək ki, forum 3 dekabr tarixinədək davam edəcək.




Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB