OPEK-in neft hasilatını azaltmamaq barədə qərarı ümumilikdə dünya bazarında olduğu kimi, Azərbaycan neftinin qiymətinə də təsir edib. SİA-nın məlumatına görə, son bir həftə ərzində "Azeri light" markalı neftin qiyməti 9% ucuzlaşıb. Belə ki, noyabrın 24-də neftin qiyməti 81,79 dollar olduğu halda dekabrın 1-də qiymət 74,52 dollara enib. Başqa sözlə, bir həftə ərzində neftin qiyməti 8,8 dollar və ya 9% enib. Maraqlıdır ki, Azərbaycan neftinin qiymətində ən sürətli enmə noyabrın 27-də OPEK-in iclasından sonra baş verib. Xatırladaq ki, həmin iclasda OPEK üzvləri neft hasilatını azaltmamağı qərara almışdılar ki, bu da neftin qiymətinə ciddi zərbə vurmuşdu. "Azeri light" markalı neftin qiyməti 6,84 dollar ucuzlaşıb.
Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində Azərbayan neftinin qiyməti bir barel üçün 100 dollar həddində müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB