Heydər Əsədov: “Xaricdən gələn cins heyvanlar məhsuldarlığın artırılmasına yönəldilib” Açıqlama
"Son illər dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyinin ön plana çəkilməsi fonunda ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artırılıb. Azərbaycan Prezidenti bu sahəni ən prioritet sahələrdən biri elan edərək, ölkənin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək vəzifəsini qarşıya qoyub". SİA-nın məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Ağcabədi rayonuna səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkəyə xaricdən gətirilən cins heyvanlar məhsuldarlığın artırılmasına yönəldilib: "Ölkəyə cins heyvanların gətirilməsi, kənd təsərrüfatının inkişafı üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı verilən fərmanlar da bu strategiyanın yerinə yetirilməsinə yönəldilib".
Nazirin Ağcabədiyə səfəri zamanı baş çəkdiyi müəssisələrdən biri də "BMS Aqro" MMC olub. Müəssisənin təsisçisi Mülhazi Balakişiyev qurulan təsərrüfat barədə məlumat verib: "Təsərrüfat hər biri 1300 başlıq fermalar, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq nizamlanıb, heyvanların sağlığı və əlverişli mühitdə saxlanması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel tipli sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahətləri üçün hər cür şərait yaradılıb. Hazırda təsərrüfatda Hollandiya və Fransadan gətirilmiş 4287 baş "Saanen" və "Alpin" cinsli damazlıq keçilər vardır".
Təsisçi bildirib ki, bu yaxınlarda fermaya İspaniyadan 900 baş "Asaf" cinsli və 11 baş "Şarole" cinsli qoyunlar gətirilib. "Ətlik-südlük istiqamətli "Asaf" cinsli qoyunların laktaziya dövründə süd verimi 250-450 litrdir. Bu qoyunlar yerli qoyun cinsləri ilə müqayisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli "Şarole" cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar gələcəkdə yaradılacaq ailə təsərrüfatlarına da veriləcəkdir. Bu yaxınlarda təsərrüfata daha 1169 cins qoyun gətiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB