Bakıda əmlak məsələləri beynəlxalq səviyyədə müzakirə edilir VİDEO
Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyası və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində "BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti" mövzusunda beynəlxalq tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Əmlak Məsələləri Dövlət Komitəsi, AİK və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində baş tutub. BMT AİK-nın Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi qrupunun sədri Elşad Xanəlibəyli Əmlak Məsələləri Dövlət Komitəsinin AİK, Dünya Bankı və digər əlaqədar təşkilatlarla, inkişaf etmiş dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyib: "Bu baxımdan da bu tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir".
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahələrində mühüm nailiyyətlər əldə edilib. Aparılan özəlləşdirmə və torpaq islahatları daşınmaz əmlak bazarında xüsusi canlanma yaradıb. Daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan "Doing Business" hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır. Qısa müddətdə dövlət reyestrində mühüm irəliləyişlər əldə edilib".
Daha sonra çıxış edən Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın Sovet sistemində əmlak məsələlərini ümumxalq mülkiyyəti ilə tənzimlədiyini deyib: "Xüsusi mülkiyyət demək olar ki, yox səviyyəsində idi. Hazırda isə, Azərbaycanın mülkiyyət sisteminə diqqət yetirdiktə 80 %-ə qədər özəl mülkiyyətin olduğunu görürük. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələrinin, təşkil edilən beynəlxalq tədbirlərin daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır".
Tədbir çərçivəsində Dünya Bankının Vaşinqtonda yerləşən Baş Qərargahı ilə canlı telekörpü yaradılıb. Dünya Bankının Beynəlxalq Daşınmaz Əmlak və Geoməkan Qurumunun strategiya rəhbəri Horhey Munos, Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurlardan danışıb və "Doing Business 2015" hesabatında Azərbaycanın ilk onluqda yer alması münasibətilə təbrik edib.
BMT AİK-nın regional məsləhətçisi Mario Apostolov, əməkdaşı olduğu qurum barədə məlumat verib: "AİK-nın əsas funksiyası ikinci dünya müharibəsi vaxtı dağılan şəhələri bərpa etmək olub. Biz yeni prinsiplər üzərində işləyirik. Bu, "Dayanıqlı İnkişaf Məqsədləri" adlanır və 2010-2030-cu illəri əhatə edir. Daşınmaz əmlakın idarə edilməsi istiqamətində mühüm işlər görülür. Mülkiyyətin nailiyyəti, həm də bəşəriyyətin inkişafıdır. Dünyada baş verən qlobal böhran müqabilində buna nail olmaq bizim üçün çox əhəmiyyətlidir. Daşınmaz əmlakla bağlı bu günə qədər miyardlarla dollar itirilib. Bu da qlobal böhrana öz təsirini göstərib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB