Zərdabın 2 kəndinə qaz verildi

Noyabrın 27-də Zərdab rayonunun Hüseynxanlı və Xanməmmədli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 82 abonenti olan Xanməmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6700 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 4 ədəd siyirtmə, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

79 abonenti olan Hüseynxanlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 11604 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 7 ədəd siyirtmə, 79 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin ilk dəfə təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə