"Bəzi kiçik bankların bir böyük bankın tərkibində birləşdirilməsi baş verdiyi halda birləşdirilən bankların müştərilərinin vəsaitləri özlərinə qaytarılacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, banklar birgə kapital əsasında birləşdiriləcəklər: "Qanunlara görə ilkin kapitalı 50 milyondan az olan banklar birləşdiriləcək. Bu zaman həmin bankların sığorta sənədləri ilə əmanətlər geri qaytarılacaq. Xırda banklar özləri birlikdə və ya bir neçəsi böyük banklarla birləşə bilər, bu zaman onlar arasında əmanətlərlə bağlı razılaşma olacaq. Həmçinin, əgər əmanətçi banklarda sığortaçıların müdafiəsi fondunun üzvüdürsə onun vəsaiti özünə qaytarılacaq, əks halda elə birləşdirilən bankın tərkibində fəaliyyətini davam etdirəcək. Belə olan halda banklar kapitallarını birləşdirərək birgə fəaliyyət göstərəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB