İlham Şaban: “Cənub Qaz Dəhlizi 50 -60 il modernləşmədən işləyəcək” Açıqlama

İlham Şaban: “Cənub Qaz Dəhlizi 50 -60 il modernləşmədən işləyəcək” Açıqlama

"Cənub Qaz Dəhlizinin ilkin olaraq mühüm əhəmiyyəti ondan ibarətdir ki, Avropa bazarına alternativ mənbədən qazın, enerjinin çıxarılmasını təmin edir. Başqa bir tərəfdən isə, Xəzər regionunda çox mühüm infrastrukturun başlanğıcını qoyur. O infrastrukturun ki, Rusiyadan fərqli olaraq, daha açıq olacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsindən təkcə region ölkələri deyil, həm də Şərqin bir çox ölkələri da yararlana biləcək. Bu layihə təkcə günümüz üçün nəzərdə tutulmayıb, həm də gələcək üçün planlaşdırılıb: "Yəni onun vasitəsilə nəinki "Şahdəniz" layihəsi iştirakçıları və Azərbaycan, hətta Xəzər regionu ölkələri də faydalanacaq. Həmçinin gələcəkdə Yaxın Şərq ölkələri belə öz qazını, 10 -15 il sonra belə tapıla biləcək enerjisini Avropaya nəql etməyə imkan tapacaq. Bu baxımdan Cənub Qaz Dəhlizi 50 -60 il təmir olunmadan, yəni modernləşdirilmədən Avropa ilə Xəzər regionu arasında enerji körpüsü rolunu oynayacaq.

Ekspert qeyd etdi ki, bu layihə regional iqtisadi –siyasi əhəmiyyətə də malikdir və ölkə rəhbəri tərəfindən də böyük qiymət verilir: "Cənub Qaz Dəhlizi layihəsi çox mühüm iqtisadi əlaqələri yaratmış olacaq ki, bu da regional iqtisadi – siyasi və geopolitoloji əhəmiyyətə malik olması ilə göz qabağında olacaq. Necə ki, bunu Azərbaycanın ölkə rəhbəri İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində öz çıxışı zamanı qeyd etmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə