"Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan 770 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB