"Vətəndaşlar ipoteka ilə ev almaq istədikdə, bankların göstərdikləri girova yalnız o evin özü aid edilir. İpotekanın 40 %-ni bank ödəyir, 60 %-ni isə ipoteka alan şəxsin özü verilən müddət ərzində ödəyir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı eksper İsmail Hüseynov deyib.
Onun sözlərinə görə, bankların tələb etdiyi girovlara elə alınan evin qiyməti daxil edilir. Yəni hər hansı digər bir ev girov olaraq göstərilmir: "Bank əgər 50 min manat ipoteka krediti verirsə, bankın özü o maliyyəyə uyğun olaraq girovu müəyyənləşdirir. Girov müddəti evin ipotekası ödənənə kimi davam edir. Kredit ödəndikdən sonra girovluqdan çıxır".
Ekspert onu da qeyd etdi ki, ipoteka faizi fond tərəfindən təyin edilən faizlərə uyğun olaraq hesablanır və bu faizlərin gələcəkdə aşağı salınması məsələsinə baxılır: "İpoteka Fondu dövlət vəsaiti hesabına 8 və 4 % nəzərdə tutulub. Hansı faizlə nəzərdə tutulubsa, banklar da o faizlə ipoteka verməlidir. Mərkəzi Bank tərəfindən məsələ qaldırılıb ki, Maliyyə Nazirliyi ilə birlikdə işləyərək həmin faizləri aşağı endirsinlər. Məsələ hazırda müzakirə olunur və faizlərin aşağı endirilməsi haqqında fikirlər irəli sürülməkdədir. Hesab edirəm ki, faizlər endiriləcək. Çünki, həmin faizlərlə gənc kadrların ev alması çətinləşir. Bahalaşan evlərin qiymətlərinə bu məbləği gətirib çatdırmaq mümkün olmur. Ona görə də banklar məcburdur ki, həmin faizləri aşağı endirsin. Gələn il artıq İpoteka Fondu faizlərin aşağı salınması mövzusunda ciddi işlər görəcək və faizləri endirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB