Eldar İbrahimov: “Fermerlərimiz texnikanı 70 % güzəştlə əldə edə biləcək” Açıqlama
"Son vaxtlar bizim Rusiya bazarlarına açılmağımız əlbəttə, əlverişli haldır. Çünki bizim fermerlərimiz çoxlu kənd təsərrüfatı məhsulları istehsal edir. Lakin onu satmağa bazarımız yoxdur. Öz bazarımızı kənd təsərrüfatı məhsulları ilə tamamilə təmin edirik". Bu sözləri SİA-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarını kifayət qədər istehsal etməsinə baxmayaraq, bazarlara qonşu ölkələrdən də məhsullar daxil olur: "Hətta bizim bazara digər ölkələrdən də qonşu Türkiyədən və İrandan da kənd təsərrüfatı məhsulları daxil olur. Ona görə də, çox yaxşı haldır ki, artıq kənd təsərrüfatı mallarımız Moskva bazarlarına da çıxarılır. Satdıqdan sonra isə, kənd təsərrüfatı məhsullarının artması üçün fermerlərə böyük şərait yaradılır. Buna görə də, dayanıqlı məhsullar istehsal etməyə imkan olacaq".
Millət vəkili fermerlərə verilən güzəştlərdən danışarkən, subsidiyaların artırıldığını da vurğulayıb: "Bildiyiniz kimi, fermerlərə subsidiyalar verilir. İstər gübrədə, istər yanacaqda 50 % güzəşt var. Toxumların becərilməsində verilən subsidiyalar əvvəllər 40 manat idisə, artıq 70 -80 manata çıxarılıb. Texnikanın alınmasında artıq kreditlər 70 % güzəştlə verilir. Bu güzəştlərin hamısı ona əsas yaradır ki, fermerlərin iş şəraiti yaxşılaşsın. Büdcədə kənd təsərrüfatı məhsullarına 568.7 milyon manat vəsait ayrılıb ki, bunun özü çox böyük imkanlar yaradacaqdır. Fermerlərə və sahibkarlara milli fond tərəfindən, Kənd Təsərrüfatı Nazirliyinin kredit fondu tərəfindən subsidiyaların ayrılması nəzərdə tutulub. Kreditlərin həmin fermerlərə verilməsi əlbəttə ki, bizim kənd təsərrüfatı məhsullarının istehsalını artıracaq. Dövlətimiz aqrar sahə qarşısında islahatların işə qoyulması nəinki özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, hətta gələcəkdə xarici bazara çıxmağa və təbii ki ekoloji təmiz məhsulları işlətməyə imkan verəcək".
Eldar İbrahimov bütün bu güzəştlərin ölkə başçısı tərəfindən xüsusi olaraq diqqətdə saxlandığını vurğulayıb: "Prezidentimiz tərəfindən aqrar sahəyə ciddi diqqət var. Bu da ona şərait yaradır ki, günümüzdə kənd təsərrüfatı məhsullarının hesabı artsın. Bir daha qeyd etmək istəyirəm ki, fermerlərimiz texnikanı 70 % güzəştlə əldə edə biləcək. Bundan başqa, pullar hissə - hissə verilməklə ödəniş olunacaq. Bunun özü çox böyük bir haldır. 2003-cü ildən başlayaraq, fermerlər torpaqdan başqa vergi vermir. Əgər torpaqdan başqa digər vergiləri də vermiş olsaydılar, dövlətə 1 milyard 600 milyon manat vergi vermiş olacaqlardı. Bu miqdar da fermerlərin özünə qalır. Qeyd olunan maliyyə vəsaiti də fermerlərin öz sahələrini genişləndirməyə və məhsullarını xaricə çıxarmağına imkan verib. Gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün şərait yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB