Noyabr ayından başlayaraq "Excelsior Hotel Baku" da yerləşən "Aura Sağlamlıq" mərkəzində zumba məşğələləri hər çərşənbə axşamı və cümə axşamı saat 18:00 və 19:30-da keçirilir. Qarşımızda çox vaxt belə bir seçim durur: hara yazılaq - rəqsə yoxsa fitnesə, axı heç birinə vaxt çatdırmaq olmur. Bu seçimdə sizə Zumba – yeni dəbli fitnes-rəqs nöqtə qoymağa kömək edəcək. Zumba - özünüzü cəlbedici hiss etməyə kömək edən rəqs və aerobikanın kombinasiyasıdır. Çoxlu omba hərəkətləri, sevinc dəqiqələri və çoxlu yandırılmış kalori. Məşqçi Nərgiz Osmanovanın sayəsində siz nəinki formanızı qaydaya sala bilər, həmçinin, stresinizi də ata bilərsiniz.
Zumbanın köməyilə siz əsl trenajor zalında ala biləcəyiniz güc yükünü alacaqsınız. Bununla belə heç bir psixoloji yorğunluq hiss etməyəcəksiniz. Musiqi müşayiəti olduqca rəngarəngdir. Zumba məşğələlərinin çoxu Afrika və Latın-amerikan motivləri, həmçinin hip-hopla keçirilir.
"Excelsior Hote lBaku"otelinin praktiki üstünlüklərindən biri qonaqların Park Bulvardan "Excelsior Hotel Baku" ya və əksinə çatdırılması üzrə transfer xidmətlərin mövcud olmasıdır. "Mercedes" markalı rahat sprinter mikroavtobus qonaqları şənbə və bazar günləri də daxil olmaqla, hər gün səhər saat 08:30-dan başlayaraq hər bir saatdan bir oteldən Park Bulvara aparır. Birinci tur saat 09:00-dan başlayaraq hər bir saatdan bir Park Bulvardan otelə çatdırır. Bu xidmət pulsuzdur. Şəxsi avtomobili olan və maşını harada saxlamaq problemi ilə qarşılaşan insanları isə sevindirə bilərik. Otelin ərazisində maşınlar üçün ayrılmış dayanacaq yerləşir və buna görə də maşını harada saxlamaq problemi öz-özünə həll olunur.
Məşğələlərə elə indi: (012) 496 80 00 nömrəli telefonla yazılın.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB