Yan Smit: “Azərbaycanda kredit artımı çox yüksəkdir” Açıqlama

Yan Smit: “Azərbaycanda kredit artımı çox yüksəkdir” Açıqlama

" "Energokredit" artıq minlərlə insana yardım göstərib. Bu layihələr ev təsərrüfatlarına da yardım edir. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının enerji layihələrindən biridir. Banklar vasitəsilə bu sahədə 200-dən çox kredit vermişik. 85-dən artıq yerli banklar tərəfindən 20 ölkədə bu layihələrin verilməsi həyata keçirilib". Bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının Baş meneceri Yan Smit "Energokredit" layihəsinin rəsmi təqdimatında deyib.

Onun sözlərinə görə, "Energokredit" layihələri çərçivəsində dünyada bu günə qədər Avropa Bankı tərəfindən 2,5 milyard dollar vəsait xərclənib: "Bu proqramlar vasitəsilə Avropa Bankı 70 min layihə həyata keçirib. 2,5 milyard dollar maliyyələşmə olunub. Bunlar hamısı enerji effektivliyi sahəsində gerçəkləşdirilir. Yerli banklarla bu layihələri həyata keçirmək daha uğurlu olub. Son 10 il ərzində Avropa Bankı belə layihələri maliyyələşdirmədə 4 %-dən başlayaraq, artıq günümüzdə 30 %-ə qədər yüksəlmə əldə etmişik".

Nümayəndə qeyd edib ki, kredit dəyərləndirməsində standart bank layihələrindən istfadə edilir və enerjinin ucuz başa gəlməsi hədəflənir: "Biz hazırda standart bank layihəsindən istifadə edirik. Dayanıqlı enerji layihələşdirməsinə Avropa Bankının biznes təcrübəsini əlavə etmişik. Avstriya Maliyyə Nazirliyinin dəstəyi burada xüsusi rol oynayır. İnvestisiya layihələrini aşkarlamağa dəstək olunur. Ən ucuz həlli yolu əlbəttə ki, enerjiyə qənaət etməklə mümkündür. Yüksək texnologiyalar burada dəstəklənir.

Yan Smit həyata keçirilən layihələrin uğurlu alınmasında müştərilərlə öz aralarında inamın rol oynadığını ifadə edib: "Riski azaltmağın və investisiyanı geri qaytarmağın rolu əlavə bilik tələb edir. Bu layihələr müştərilərimizə imkanlar yaradır və fəaliyyətini daha da gücləndirir. Gəlirsiz sahələri gəlirli sahəyə çevirə bilir".

Azərbaycanda son illər şirkətlərin innovasiya etdiyini vurğulayan nümayəndə, ölkədə kredit artımının nəzərə çarpacaq dərəcədə yüksəldiyini ifadə edib: "Azərbaycanda kredit artımı çox yüksəkdir. İnnovasiya bir sıra sahələrdə mövcuddur. Enerji səmərəliliyini bir neçə biznesin həyata keçirilməsi ilə ölçə bilərik. Bilik innovasiyanın çox gözəl göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə