Leander Treppel: “Azərbaycanın layihələrini dəstəkləməkdə maraqlıyıq” Açıqlama

Leander Treppel: “Azərbaycanın layihələrini dəstəkləməkdə maraqlıyıq” Açıqlama

"Mən birinci dəfədir ki, Azərbaycandayam. Davamlı enerji mexanizmimin yaradılması və inkişaf etdirilməsi məqsədilə burada iştirak etdiyim üçün şadam. Avropa Bankına və yerli partnyorlara təşəkkür edirəm. Həm özəl, həm də biznes həyatımızda enerjidən istifadə edirik. Bunu bərpa olunan enerji ilə əvəz etmək isə bir o qədər vacibdir". SİA-nın məlumatına görə, bu sözləri bu gün "Energokredit" layihəsinin rəsmi təqdimat mərasimində Avstriyanın maliyyə naziri Leander Treppel deyib.

O, Avstriya Maliyyə Nazirliyi olaraq Azərbaycanda energetika sahəsində həyata keçiriləcək layihələrə dəstək verməkdə maraqlı olduqlarını ifadə edib: "Satınalmalar yüksək qiymətlə müşahidə olunur və optimal hesab olunmur. Bu sahədə təcrübəsi olan şəxsdən məlumat əldə etmək lazımdır. Məlumat verə biləcək qurumlardan biri də Avropa Bankıdır. Avstriya Maliyyə Nazirliyi olaraq, bu layihələri dəstəkləməkdə maraqlıyıq. Çünki bu layihələr iqlim dəyişikliyini tənzimləyir".

Nazir qeyd edib ki, ölkəsi Azərbaycanla təcrübələrini paylaşmaqda da maraqlıdır: "Biz hər zaman təcrübələrimizi paylaşmağa hazırıq. Biznesin ən yaxşı həlli yolunun tapılması biznesin səmərəli istifadəsinə gətirib çıxaracaq. Enerji tələbatını azaltmaq üçün layihələrin həyata keçirilməsi bu gün çox vacib sahədir. Optimal investisiyalar Avropa Bankı ilə əldə edilə bilər. Bir daha qeyd etmək istəyirəm ki, Avstriya Maliyyə Nazirliyi də belə layihələri dəstəkləməkdə maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə