Fərəc Quliyev: “Ərazilərimiz azad olunana qədər hərbi büdcədə maraqlı olmalıyıq” Açıqlama

Fərəc Quliyev: “Ərazilərimiz azad olunana qədər hərbi büdcədə maraqlı olmalıyıq” Açıqlama

"Bu addımlar Azərbaycan dövlətinin öz maraqlarıdır. Problemə adekvat olaraq da bu gün addımlar atılır. Bəzi beynəlxalq təşkilatlar və böyük güclər bundan narahatdırlar". Bu sözləri Azərbaycanın hərbi büdcəsini artırması ilə bağlı SİA-açıqlama verən millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar işğal olunmuş Azərbaycan torpaqlarını sülh yolu ilə geri almayana qədər dövlət hərbi büdcəsini artırmaqda maraqlı olacaq: "Görürsünüz ki, Azərbaycan iradəsini ortaya qoydu ki, dinc yolla məsələ həll edilsin. İstər BMT, istərsə də digər beynəlxalq təşkilatlar olsun buyurun həll edin. Dövlətimiz problemin dinc yolla həll olunmasının tərəfdarıdır. Ama həm də Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, əgər problem dinc yolla həll olunmasa, burada həm beynəlxalq konvensiyalara görə, həm də Azərbaycanın Konstitusiyasına görə torpaqlarınımızı azad etmək hüququna malikik. Bu hüquqdan da istifadə edə bilərik. Əgər məsələ hərbi yola girəcəksə təbii ki, bizim hərbi gücümüz bərpa olunmalıdır. Bizim ərazilərimiz işğaldan azad olunana qədər hərbi büdcədə maraqlı olmalıyıq".

Ermənistanın silah kvotasını dəfələrlə aşdığını deyən millət vəkili qeyd etdi ki, hazırda işğalçı ölkə öz ərazisində qeyri- qanuni silah daşımaqda davam edir: "Burada silah kvotası var. Ermənistan özünün şəxsi silahı kimi təqdim etdiyi silahlardan əlavə, kvotasından 10 dəfə artıq Rusiyaya məxsus silahları kollektiv təhlükəsizlik təşkilatının adı altında öz ərazisində saxlayır. Nə qədər ki işğalçı tərəf beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmayacaq, nə qədər ki Azərbaycan torpaqları azad olunmayacaq, təbii ki, biz hərbi büdcəmizi gücləndirməkdə maraqlı olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə