Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, 26-27 noyabr tarixlərində Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirililəcək.
SİA-nın verdiyi xəbərə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin, BMT-nin Sənaye İnkişafı Təşkilatının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda bir sıra ölkələrin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin, beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB