İran Neft Naziri Bicen Namdar Zəngənənin OPEC üzvü ölkələrə gündəlik neft istehsalının 1 milyon barrel azaldılması ilə bağlı tələblə çıxış edəcəyi bildirilir. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Mehr Xəbər Agentliyinin məlumatında Zəngənə 27 Noyabrda Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 166-cı yığıncağında Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi ilə görüşəcək. Neft qiymətlərindəki enişin blok etmə yollarının ələ alınacağı ifadə edilən görüşdə, Zəngənənin Səudiyyə Ərəbistanlı həmkarına OPEC-in günlük neft istehsalının 1 milyon barrel azaldılması tələbini də çatdıracağı bildirilib.
Zəngənənin, neft qiymətlərini beynəlxalq səviyyəyə çəkmək üçün OPEC üzvü ölkələrin hamısının təsdiqini almağa çalışacağı ifadə edilir. Lakin məsələ ilə bağlı Səudiyyə Ərəbistanının əl çəkdiyi körfəz ölkələrinin bu tələbə isti baxmadığına dair şərhlər də yer almaqdadır.
Qeyd edək ki, İranlı nazir bundan əvvəl də son dövrdə ciddi eniş göstərən neft qiymətlərinin beynəlxalq səviyyəyə çıxarılması üçün Küveyt, Qatar və Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparmışdı. İraq və Venesuela nazirləriylə da bir araya gələn Zəngənə çıxışında belə ifadə edib: "Dünya ucuz neftə daha çox dözümlülük göstərə bilməz. Bu müddət düzəldiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB