Rüfət Əlimərdanov: “Hələlik Şahdağa turlar təşkil olunmur” Açıqlama
"Şahdağ"da istirahətin qiyməti bahalaşıb. Bu haqda "Proxy Travel"-in daxili turizm departamentinin şöbə müdiri fins.az-a verdiyi açıqlamasında Rüfət Əlimərdanov bildirib. O, deyib ki, "Tufandağ" kompleksi yeni açıldığına görə, əvvəlki mövsümlə müqayisə mümkün deyil. Əvəzində "Şahdağ" kompleksində keçən ilə nisbətən qiymətlər qaldırılıb: "Bu ilki qiymətlər keçən ilki mövsümdən 50% bahadır. Keçən il nəqliyyat xərci, yemək və sair xidmətlərlə birlikdə 50 manata 1 günlük tur təşkil edirdik, bu il isə qiymət 75-80 manat olacaq".
Şirkət nümayəndəsi onu da vurğulayıb ki, hələlik qış turizm mərkəzlərində mövsüm rəsmi açılmadığına görə, hələlik Şahdağa turlar təşkil olunmur. Buna baxmayaraq Şahdağa getmək üçün əvvəlcədən müraciətlər çoxdur: "O bölgələrdə temperatur mənfiyə enən kimi, həmin mərkəzlər işləməyə başlayacaq. Təxminən dekabırn 15-ə gözlənilir".
Mütəxəssis qeyd edib ki, qiymətlərin bahalılığı yerli turistlərin də marağını azaldır. Bizim avtobuslarla təşkil etidyimiz ailəvi səfərlər şəxsi səfərlərdən daha ucuz başa gəlir. 4 nəfərlik ailənin günə 300 manat xərci çıxacaq. Şəxşi maşınla getdikdə isə daha çox xərc çıxır. Əlavə xərclər də var. Məsələn, bizim kompleksklərdə kanatdan istifadə 10 manatdan başlayır. Müqayisə üçün deyim ki, Gürcüstanda bundan istifadə qiyməti 2-3 dollardan başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB