İlham Şaban: “Rusiya nəzərdə tutulan qaz kəmərinin reallaşmasına imkan verməyəcək” AÇIQLAMA

İlham Şaban: “Rusiya nəzərdə tutulan qaz kəmərinin reallaşmasına imkan verməyəcək” AÇIQLAMA

"Rusiya TransXəzər qaz kəməri ilə bağlı layihəyə xarici işlər naziri səviyyəsində münasibət bildirib. Sergey Lovrov dövlət dumasında çıxış edərkən bildirdi ki, TransXəzər qaz kəmərinin çəkilməsi birbaşa Rusiyanın maraqlarına ziddir. Əvvəllər Rusiya bu məsələyə açıq münasibət bildirmirdisə artıq Türkmənistan qazının Avropa bazarına çıxarılmasının Rusiyanın maraqları ilə üst-üstə düşmədiyini aşkar şəkildə nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, Rusiya bu layihənin həyata keçirilməsinə hər cəhdlə mane olmağa çalışır: "Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu zirvə görüşündə Rusiya bildirmişdi ki, digər ölkələr də Rusiyanın maraqlarına əks olaraq nə hərbi, nə də iqtisadi məqsədlər üçün Xəzər sularından istifadə edə bilməzlər. Buna görə də Rusiya heç cür imkan verməyəcək ki, nəzərdə tutulan qaz kəməri reallaşsın. Bununla belə demək olar ki, Avropa Birliyinin maraqlarına cavab verən Transxəzər qaz kəməri layihəsi iki Xəzəryanı ölkə olan Azərbaycan və Türkmənistanın istəyi çərçivəsində deyil, Qərbin və Rusiyanın mübarizəsi məsələsinin yekunu kimi nəticələnəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə