""Total"ın Abşerondakı yatağını işlətmək üçün SOCAR tərəfindən hər hansı qurğunun işlədilməsi mümkündür. Biz Totaldan çox Azərbaycanda karbohidrogenlərin işlənməsi, Abşeron yatağının işlənməsi üçün çox çalışırıq və birlikdə işləyirik". Bu sözləri bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev "Neftqazelmitədqiqatlayihə" İnstitutunda "ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr" mövzusunda keçirilən görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, SOCAR Fransanın "Total" şirkətini yeni layihədə qurğu ilə təmin edə bilər. Lakin bununla bağlı dəqiq məlumatın verilməsinin tez olduğunu qeyd edib: "Şirkət hansı vaxta çatdıracaqsa, biz ona effektivliyi səviyyəsində baxacayıq. "Azəri-Çıraq-Günəşli" yatağında yeni çalışma proqramı hazırlanır. Hələ ki çalışmalarımız qurtarmamışıq, buna cavab verməyə hələ hazır deyiləm. Əgər qurğu lazım olarsa ondan da istifadə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB