Çilov adasında yerləşən istehsalat sahələrinin, yaşayış komplekslərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması, bu enerjinin əldə edilməsi üçün çəkilən xərclərin azaldılması, yarımstansiyada aparılacaq əməliyyatların tam qapalı və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədi ilə Neft Daşlarındakı 48 saylı Qazturbinli Elektrik Stansiyasından adaya 35 kV-luq kabel xətti çəkilmiş və burada müasir tipli qapalı 35/6 kV-luq yarımstansiya inşa edilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, indiyədək Çilov adasını enerji ilə təmin edən Pirallahı-Damba arası hava elektrik ötürücü xətti uzun müddət istismar edildiyindən, küləkli hava şəraitində və xüsusən payız-qış mövsümündə qəza hallarının baş verməsinə səbəb olur və adada elektrik enerjisinin təminatında fasilələr yaranırdı. Bu isə öz növbəsində Çilov adasında yerləşən istehsalat obyektlərində, adaətrafı dəniz özüllərində həyata keçirilən texnoloji proseslərdə müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Çilov adasını elektrik enerjisi ilə təmin edən hava elektrik ötürücü xətlərində tez-tez baş verən qəza hallarının qarşısını almaq üçün Neft Daşlarındakı mövcud 48 saylı QTES-dən adaya 35 kV-luq sualtı kabel xətti çəkilib, Türkiyənin "Elko" şirkətinə məxsus yeni 35/6 kV-luq yarımstansiya tikilərək istifadəyə verilib. Yeni yarımstansiya çətinlikləri aradan qaldırmaqla yanaşı, Çilov adasının enerji ilə təminatını "Bakıelektrikşəbəkə" sisteminə qoşulmadan həyata keçirməyə imkan verir. Hazırda Çilov adasının bütün elektrik təchizatı Neft Daşlarındakı 48 saylı QTES-dən gələn sualtı kabellə etibarlı təmin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB