Ruslan Atakişiyev: “Rus rublunu valyutadəyişmə məntəqəsindən çıxartmaq uyğun sayılmır” Açıqlama
"Son dövrlər dünyanın bir sıra ölkələrinin, xüsusən Avropa, Amerika və Yaponiya kimi bir sıra ölkələrin Rusiyaya sanksiyalar tətbiq etməsi nəticəsində məhz Rublun məzənnəsi aşağı qiymətdədir". Bu sözləri, SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, Rus rublunun istifadəsi üçün Azərbaycanla Rusiya arasında qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur: "Nəticədə, Rus rublu Azərbaycan manatı qarşısında da ucuzlaşmaqdadır. Belə bir vəziyyətdə Rusiya son dövrlər Rublunun mövqeyini möhkəmləndirmək məqsədilə Müstəqil Dövlətlər Birliyi ölkələrində ikitərəfli sazişlər bağlayıb. Burada xüsusən qarşılıqlı ödəmələrdə Rus Rublu və valyutasının istifadə olunmasından söhbət gedir. O cümlədən Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın "Roseksimbank"ı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən, bu əməliyyatlar zamanı hər iki tərəf arasında milli valyutalardan istifadə olunması nəzərdə tutulub".
Rus Rublunun valyuta məntəqələrində dəyişdirilməməsi məsələsinə də toxunan ekspert bunun mümkünsüz olduğunu ifadə edib: "Ümumiyyətlə, Rus rublunu hər hansı valyuta dəyişmə məntəqəsində sıradan çıxartmaq kimi təkliflər uyğun sayılmır. Çünki, bunun bir neçə səbəbi var. Birincisi günümüzdə Rus Rublundan dəfələrlə dəyərsiz ölkə valyutaları var ki, Bakıda dünyanın əksər ölkələrinin pulları Azərbaycan manatı ilə dəyişdirilir. Digər bir məsələ ondan ibarətdir ki, bu valyutaların satışa çıxarılması, alqı – satqısı bazarda həmin valyutalara olan tələb və təklifdən asılıdır. Günümüzdə Azərbaycan bazarında əgər Rus Rubluna tələb varsa, bunun çıxarılması uyğun olmaz. Çünki, biz nəzərdən qaçırmayaq ki, bu günlərdə Azərbaycan içərisində xeyli sayda vətəndaşlarımız var ki, mövsumi olaraq və yaxud uzun müddətli olaraq Rusiyaya gedirlər və orda müxtəlif iqtisadi əmək fəaliyyəti ilə məşğul olurlar ki, sonda əldə etdikləri gəlirləri Azərbaycana transfer edirlər və yaxud özləri ilə birlikdə gətirirlər. Bu zaman o vəsaitləri Rubl şəklində gətirirlər və onların dəyişdirilməsi ehtiyacı yaranır. O cümlədən də həm gedən zaman, həm də gələn zaman pul vəsaitinə ehtiyac olur. Ümumiyyətlə bir halda ki, Rus rublunun ölkə daxilində dəyişdirilməsinə və yaxud da istifadə olunmasına bazar tələbi varsa, bunu hər hansı imperativ qaydada həyata keçirilməsi uyğun olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB