Astaranın sitrus bağlarında naringi məhsulunun ikinci yığımına başlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, uzun illər narıngi yetişdirib satmaqla məşğul olan Astara sakini Miriş Əliyev bu il quraqlıq səbəbindən məhsuldarlığın aşağı düşdüyünü ötən ilə nisbətən bu il məhsuldarlığın 2 dəfədən də az olacağını bildirir.
Ötən il narınginin bir kq-nı 20-30 qəpiyə satan fermerlər hazırda məhsulun 1 kiloqramını alıcılara 80 qəpik 1 manata təklif edirlər. Məhsulun satış qiymətinin artması heç də fermerlərin qayğılarını azaltmayıb. Hazırda alıcı qıtlığı ilə üzləşən fermerlər min bir əziyyətlə yetişdirdikləri məhsulu daha baha qiymətə satmaq yollarını axtarırlar.
Məhsul istehsalçısı Asəf Rzayev bildirir ki, satış qiymətinin baha olmamasına səbəb xarici ölkələrdən gətirilən sitrus meyvələridir.
Qeyd edək ki, ötən il Astarada 30 min ton sitrus məhsulu tədarük edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB