MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlayıb FOTO

MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlayıb FOTO

Bu gün Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda 200-dən çox nümayəndə heyəti iştirak edib.

Konfransın ilk günündə MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı mövzusu müzakirə olunub. Həmçinin MDB ölkələrində uzunmüddətli kredit resurslarının mənbələri, dünya və milli ödəniş sistemlərinin tətbiqi zamanı risklər və imkanlar arasında balans, MDB ölkələrinin maliyyə bazarlarının inteqrasiyasında üzv ölkələrin mərkəzi banklarının rolu, dünya ödəniş infrastrukturunun inkişafına təsir edən hərəkətverici faktorlar, bazarda mövcud olan pul köçürmələri və ödəniş sistemində əsas problemlər, pul köçürmələri və ödəniş bazarları, texnologiyalar haqqında mövzular da əsas müzakirə olunun məsələlərdən olub.

Kanfrans çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın Roseksimbankı arasında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Rusiya tərəfindən isə Roseksimbank İdarə Heyətinin sədri Dmitri Qolovanov imzalayıb.

MDB Maliyyə-bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib ki, imzalanan sənəd həm Azərbaycan məhsullarının Rusiya bazarlarına ixracının, həm də Rusiya məhsullarının Azərbaycana ixracının təminatı haqqında sazişdir. O qeyd edib ki, bundan sonra da bir sıra sazişlər imzalanacaq.

Qeyd edək ki, konfrans noyabrın 16-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə