Ötən ay BTC ilə 2,4 milyon tondan çox Azərbaycan nefti nəql olunub

Ötən ay BTC ilə 2,4 milyon tondan çox Azərbaycan nefti nəql olunub

Oktyabrda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında isə bu kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabrın 1-dək BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub. Ötən ay BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti də nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə