Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb
2014-cü ilin oktyabr ayı ərzində 2 milyon 495 min 968 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 641 min 41 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il noyabr ayının 1-ə qədər Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB