BTC kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub

BTC kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub

2014-cü ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il noyabr ayının 1-ə qədər BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə