Quzanlı – Üçoğlan - Xındırıstan-Səfərli avtomobil yolu yenidən qurulur
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Ağdam rayonu ərazisində Quzanlı – Üçoğlan – Xındırıstan - Səfərli avtomobil yolunun tikintisi davam etdirilir. Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yolun uzunluğu 14 kilometr, eni 6,2 metr, asfalt örtüyünün qalınlığı 12 santimetrdir. Artıq yolun 11 kilometr hissəsinə asfalt örtük salınıb. İşlərin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulub. Avtomobil yolunun yenidən qurulması ilə rayonun 10 yaşayış məntəqəsi və 4 köçkün qəsəbəsində yaşayan 21 min nəfər sakinin qonşu kəndlərə və Quzanlı qəsəbəsinə rahat gediş-gəlişi təmin ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB