Nazirliyinin Çağrı Mərkəzinə 20 537 müraciət daxil olub

Nazirliyinin Çağrı Mərkəzinə 20 537 müraciət daxil olub

Bu ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 20 537 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çox zəng daxil olub. Nazirliyin Analitik informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, canlı əlaqə zamanı 19 596 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 13,1%-i qeydiyyat, 11,6 %-i elektron xidmətlər, 9,1%-i elektron imza, 7,8%-i hesabatlar, 7,3%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 4,7 %-i büdcə hesablaşmaları, 4,1%-i vergi ödəyicilərinə göndərilmiş mesajlar barədə olub.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən səsli menyu vasitəsilə məlumat almaq üçün 4 628 zəng daxil olub. 758 dəfə vergi növləri barədə məlumatın verilməsi, 2 076 sayda isə vergi borcu barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Həmin dövrdə vergi ödəyiciləri onlara 201 261 sayda mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 200 224-ü qısa mesaj (SMS) xidməti, 1037-si ikitərəfli SMS xidməti vasitəsilə olub. Vergi ödəyicilərinin Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 96,97% olub.

Bütün xəbərlər Facebook səhifəmizdə