290-dan artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

290-dan artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 10 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 292 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb. SİA-nın DRİ-yə istinadən verdiyi məlumata görə, göstərilən dövrdə İdarə 711 müəssisə və təşkilata texniki baxış keçirib.

Aşkar edilmiş qeydiyyatdan keçməyən REV-dən 131 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 54 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 28 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə